Şənbə, 17 Yanvar, 2026
Tarix: 07 Aug 2024 17:40
Ucar rayon sakininin üzərinə beton düşüb.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Göyçayda köhnə tikililər olan ərazidə qeydə alınıb.
Belə ki, Ucar rayon sakini 1985-ci il təvəllüdlü İsgəndərov Səxavət Aydın oğlu dəmir yığarkən ehtiyatsız davranıb və üzərinə beton düşüb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.