- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 07.08.2024 19:05
Sumqayıtda ilanın sancdığı qadının vəziyyəti ağırlaşıb.
Bu haqda APA-nın sorğusuna mərkəzdən cavab olaraq bildirilib ki, 1966-cı il təvəllüdlü şəxs bu gün saat 15:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
İlan zəhəri ilə toksiki effekt diaqnozu qoyulan pasiyent zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır qiymətləndirilən yaralı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
***
17:49
Sumqayıtda 58 yaşlı qadını ilan sancıb.
APA xəbər verir ki, 1966-cı il təvəllüdlü Həmidova Tərlan Qulam qızını öz həyətində ilan sancıb.
T. Həmidova xəstəxanaya yerləşdirilib.