- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 08.08.2024 12:15
2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.
APA-nın yerli müxbirinin xəbərinə görə, vida mərasimi Ağdam Dövlət Dram Teatrının binasının qarşısında baş tutan mərasimdə şəhidin doğmaları, şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Şəhid Quzanlı şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar. Onların nəşinin qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.