- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 13.12.2023 19:14
"Bu il son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Avropa Liqasının “Hekken”lə sabah keçiriləcək oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Futbolçuların demək olar ki, tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də, bəzi müsahibələrindən görürük ki, oyuna çox ciddi yanaşırlar. Qrupu xalsız tərk etmək istəmirlər. Ona görə də, bunu biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını oynamağa cəhd edəcəklər. Oyunçularıma inanıram. Oyuna kimi futbolçularımıza daha ətraflı məlumat verəcəyik və bəzi tam işləmədiyimiz detalları bu gün, sabah tam ətraflı çalışacağıq"
- Sabah Kevin Medina olmayacaq. Bu cür önəmli oyunda onun olmaması sizi nə dərəcə narahat edir? Veşoviç necəsən, oyuna hazırdır? - Çox istəyərdim ki, bu oyunda hamı iştirak etsin, hamı sağlam olsun. O cümlədən də, Medina. Qrupda ikinci yerdə olmaq şansımız varsa, futbolçular hamısı bunu haqq edib. Çox istəyərdim ki, hamı sağlam olsun. Əfsuslar olsun ki, Bakıda da olmayacaq. Dünən əməliyyat edilib. Özü ilə görüntülü danışım. Bakıda olmağı çox istəyirdi. Ancaq dedi ki, hiss edin yanınızdayam. Əsas oyunçularımızdan biridir. Meydanda olmasını istəyərdik. Amma bu gün bunu düşünməli deyilik. Sırf oyun haqda düşünməliyik. Hansısa problemimiz varsa, onu necə aradan qaldırmaq haqda fikirləşməliyik. İnanıram ki, digər oyunçular bunu bacaracaqlar. Dəfələrlə görmüşük ki, 2-3 əsas oyunçumuz omayıblar, amma digərləri onları çox düzgün, çox bacarıqlı sığortalaya biliblər. Medinaya da tezliklə geriyə dönməyi arzulayırıq. Allah qoysa, tezliklə dostlarının, komandasının yanında olar. Digər futbolçular yoxluğu hiss etdirməməyə çalışacaqlar. Marko Veşoviçə gəlincə, normaldır durumdur. Sabah səhər də məşqimiz olacaq. Əgər hər şey qaydasında olsa, inanıram ki, meydanda olacaq.
- Ot örtüyünün durumu necədir? - Hər şey qaydasındadır. BUrada nadir hallarda güclü yağışlar olur. Bir az əvvəl meydanda dəyişiklik olub. Bayaq gəzdim, baxdım. Əsl futbol havasıdır, əsl futbol göstərəsi meydançadır. İnanıram ki, yaxşı oyun göstərmək üçün hər şey qaydasındadır.
- İlk dəfə böyük ehtimalla ikinci yerlə Avropa Liqasının qrupundan çıxa bilərik. Bu anda hansı hissləri keçirirsiz? - İlk dəfə deyil belə vəziyyətlə üzləşmişik. Bir neçə dəfə son matçda şanslarımız olub. Hətta son saniyələrdə nəticəni əldən vermişik. Bu gün də şansımız var. Futbolçularımla danışıram və istək çoxdur. Bütün azarkeşlərdə, sizdə, futbol ictimaiyyətində də həmçinin. Bunlar narahat olduğumu məqamlardır. Tələb deyil, istəkdir. Hansı ki, futbolçulardan istənilir. Biz çox soyuqqanlı olmalıyıq. Səhvimizin az olmasına çalışmalıyıq. Rəqibə necə hazırlaşırıqsa, hansı hücumları qurmalıyıqsa, bunu düşünməliyik. Futbolçular bunu yerinə yetirməlidir. Şansımız var ki, bundan istifadə edək. Çalışacağıq ki, meydanda düzgün, səhvsiz oyunla bunu yerinə yetirək. Daim istəyirik ki, minimum nəticələri qoruyub-saxlayaq və imkan olduqca, irəli gedək. Bunun üzərində çalışırıq. Futbolçular sabah çalışmalıdır ki, ən təcrübəli və düzgün oyunlarını oynasınlar. Bunu bacaracaqlarına əminəm.