Cümə, 16 Yanvar, 2026
Tarix: 09 Aug 2024 15:05
Paris Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimizin çıxışları davam edir.
Apasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.
Onun rəqibi monqolustanlı Muxtur Lxaqvaqerel olub. Rəqibinə 12:2 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala vəsiqə qazanıb.
***
14.16
Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
125 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Georgi Meşvildişvili misirli Diaaeldin Kamalla üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.