Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Tarix: 14 Dec 2023 03:56

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforun qırmızı işığında keçən 90-RE-888 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobil 77-XL-726 dövlət nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “Toyota Prius”un sürücüsü Etibar Bağırov xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti