Cümə, 16 Yanvar, 2026
Tarix: 10 Aug 2024 07:00
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsi prosesi sabah başa çatacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.