- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 10.08.2024 18:23
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin tərkibi məlum olub.
APA-nın xəbərinə görə, 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb:
1. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu - 40 nəfər
2. ATƏT-in Parlament Assambleyası - 61 nəfər
3. MDB Parlamentlərarası Assambleyası - 36 nəfər
4. Müstəqil Dövlətlər Birliyi - 46 nəfər
5. Türkiyə Böyük Millət Məclisi - 14 nəfər
6. Mərakeş Nümayəndələr Palatası - 4 nəfər
7. Kamboca Milli Assambleyası - 3 nəfər
8. Pakistan Milli Assambleyası - 3 nəfər
9. Malayziya Parlamenti - 2 nəfər
10. Belarus Respublika Şurası - 2 nəfər
11. Rusiya Federal Məclisinin Federasiya Şurası - 2 nəfər
12. Belarus Nümayəndələr Palatası - 1 nəfər
13. Gürcüstan Parlamenti - 1 nəfər
14. Qazaxıstan Senatı - 1 nəfər
15. TURKPA - 17 nəfər
16. Beynəlxalq Parlamentarilər Konqresi - 4 nəfər
17. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi - 4 nəfər
18. GUAM Parlament Assambleyası - 3 nəfər
19. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası - 2 nəfər
20. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı - 2 nəfər
21. Asiya Parlament Assambleyası - 1 nəfər
22. Türkiyə Yüksək Seçim Kurulu - 5 nəfər
23. Maldiv Mərkəzi Seçki Komissiyası - 3 nəfər
24 . Bolqarıstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər
25. Filippin Mərkəzi Seçki Komissiyası - 2 nəfər
26. Gürcüstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər
27. Pakistan Mərkəzi Seçki komissiyası - 2 nəfər
28. Qazaxıstan Mərkəzi Seçki Komissiyası - 1 nəfər
29. Monteneqro Mərkəzi Seçki Komissiyası - 1 nəfər
***
saat 18.06
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb.