Cümə, 16 Yanvar, 2026
Tarix: 11 Aug 2024 11:25
Beyləqan rayonunun Birinci Şahsevən kəndində "ВАЗ" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə ”ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər avtomobil və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.