Ramiz Məlikin dəfn yeri açıqlandı

Ramiz Məlikin dəfn yeri açıqlandı

Tarix: 14 Dec 2023 10:38

Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün saat 13:00-da “Heydər”​ məscidində baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sənətkar 2-ci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R. Məlik uzunsürən xərçəng xəstəliyindən sonra bu gün 80 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Mənbə: qafqazinfo.az

Xəbər Lenti