Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 12 Aug 2024 16:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: apa.az