Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 14 Dec 2023 15:09
“Bu, Hakan Fidanın son zamanlarda ölkəmizə 3-cü səfəridir. Bu səfər iki ölkə arasında gündəliyin nə qədər zəngin olmasının təzahürüdür”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib: “Bu münasibətləri inkişaf etdirmək üçün çox sayda formatlar mövcuddur. Bu gün apardığımız görüşlər zamanı çoxtərəfli və beynəlxalq platformalarda işbirliyi barəsində müzakirələr apardıq”.
C. Bayramovun sözlərinə görə, 2023-cü ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 7 milyarda çatıb. “Türkiyə Azərbaycan iqtisadiyyatına 15 milyard investisiya yatırıb. Azərbaycanda 4000-ə yaxın müxtəlif istiqamətlərdə Türkiyə investisiyalı şirkət fəaliyyət göstərir”.
***
Ceyhun Bayramov bildirib: “Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının vacib faktorudur”.
“Bu gün, həmçinin 19-20 sentyabr tarixlərinadə antitteror tədbirləri nəticəsində suverenliyin bərpa olunmasından sonra atılan addımlar, geri qayıdış, bu istiqamətdə görülən işlər, mina təhlükəsini müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında tariix fürsətin yaranmasına dair aramızda fikir birliyi var”.
Günel İbrahimova
Mənbə: qafqazinfo.az