Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 14 Dec 2023 15:18
Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları və püşkatmanın səbətləri bəlli olub.
Apasport.az xəbər verir ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək.
Dekabrın 18-də keçiriləcək püşkatmada qrup qalibləri səpələnmişlər səbətində yer alacaq. Bu komandalar 1/8 finalda ikinci yer sahibləri ilə görüşəcək. İlk oyunlar “ikincilər”in meydanında baş tutacaq.
Səpələnmişlər (qrup qalibləri) “Arsenal” “Atletiko” “Barselona” “Bavariya” “Borussiya” D “Mançester Siti” “Real” “Real Sosyedad”
Səpələnməmişlər (qrup ikinciləri) “Kopenhagen” “İnter” “Latsio” “Leypsiq” “Napoli” PSJ “Porto” PSV
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2024-cü il fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də keçiriləcək.