Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Tarix: 13.08.2024 15:15

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 avqust 2024-cü il tarixində saat 09:30-da Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “APA-Economics” RİNN-ə istinadən xəbər verir.

Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 19 avqust 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Xəbər Lenti