Hakan Fidan türkiyəli deputatın ölümünü Bakıda öyrəndi

Hakan Fidan türkiyəli deputatın ölümünü Bakıda öyrəndi

Tarix: 14 Dec 2023 15:44

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat Hakan Bitmez bu gün dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, Bakıda səfərdə olan Türkiyənin XİN rəhbəri Hakan Fidan millət vəkilinin vəfat etməsini ölkəmizdə səfərdə olarkən öyrənib.

Belə ki, türkiyəli nazir Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bu barədə danışıb.

O,  “Saadet” partiyasının Kocaelidən olan millət vəkili H.Bitmezin ölümü barədə xəbərdən təəssüfləndiyini bildirib və yaxınlarına başsağlığı verib.

Günel İbrahimova

Mənbə: qafqazinfo.az

Xəbər Lenti