Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları 20%-dən çox artıb

Tarix: 14.08.2024 15:07

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 10,8 mln. ton yük, 4524,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə yük daşınmasında 1,7%, sərnişin daşınmasında isə 20,5% artım müşahidə olunub.

Məlumata görə, orta hesabla sutkada 316 vaqon yüklənib, 429 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilmişdir”, - məlumatda qeyd olunur.

Xəbər Lenti