Cəlilabadda su quyusuna düşən ata və 20 yaşlı qızının meyiti çıxarılıb - YENİLƏNİB-2

Tarix: 14.08.2024 16:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

15:17

Cəlilabad rayonunda su quyusuna düşən 1 nəfərin meyiti çıxarılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, quyuya düşdüyü ehtimal olunan ikinci şəxsin axtarışı davam etdirilir.

***

15.08

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb.

***

13.05

Cəlilabad rayon sakini su quyusuna düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir nəfər təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb. Hazırda onun xilas edilməsi üçün tədbirlər görülür.

Quyuya düşən şəxsin 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı olduğu bildirilir.

Xəbər Lenti