- , 22 Dekabr, 2024
Tarix: 14.08.2024 23:50
Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində vətəndaş binanın damına çıxaraq intihara cəhd edib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, qurumun “112” qaynar telefon xəttinə intihara cəhdlə bağlı məlumat daxil olub. .
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Cəlilov Anar Allahverdi oğlu binanın damına çıxaraq intihara cəhd edir.
İntihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.