Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 14 Dec 2023 23:41
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” tarixi uğura imza atıb.
“Qafqazinfo”nun məlumatına görə, Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə “Hekken”i 2:1 hesabı ilə məğlub edərək Avroliqanın 1/6 final mərhələsinə adlayıb.
Bununla da Ağdam təmsilçisi Azərbaycan futbolu adına ilkə imza atıb.
Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” qrupu 10 xalla ikinci pillədə başa vurub. Onun ən yaxın izləyicisi olan Norveç “Molde”si isə səfərdə “Bayer”ə böyük hesabla (1:5) uduzaraq Konfrans Liqasına yollanıb.
Mənbə: qafqazinfo.az