Cümə, 16 Yanvar, 2026
Tarix: 15 Aug 2024 15:18
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.