- , 22 Dekabr, 2024
Tarix: 15.08.2024 17:15
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Fazil Qasımovun vəkilləri Rövşanə Rəhimli və Telman Qasımov müdafiə etdikləri şəxsin 60 gündən artıq aclıq etdiyi üçün sağlamlığında ciddi problem yarandığını əsas gətirərək ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.
Həmçinin Fazil Qasımov özü çıxış edərək cinayət işinin yenidən istintaqa göndərilərək Qubad İbadoğlunun cinayət işinə birləşdirilməsini istəyib.
Məhkəmənin baxış iclası avqustun 29-na təyin olunub.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.