Bakıda "Toyota Prius" piyadanı vuraraq öldürüb

Bakıda "Toyota Prius" piyadanı vuraraq öldürüb

Tarix: 15 Dec 2023 09:17

Bakıda piyadanı avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Polad Cahangirovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil 1995-ci il təvəllüdlü Sadiq Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti