Cümə, 16 Yanvar, 2026
Tarix: 15 Aug 2024 22:12
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmbəy kəndində qeydə alınıb.
1981-ci il təvəllüdlü A.Süleymanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə dərhal yardım göstərilib.
İddia edilir ki, A.Süleymanovu qonşusu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.