Cümə, 16 Yanvar, 2026
Tarix: 15 Aug 2024 21:57
Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.
Hərəkətdə olan traktor 14 yaşlı R.Əsgərovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır