FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Tarix: 16.08.2024 10:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonu ərazisində ümumilikdə üç ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-nin mətbuat xidmətindən APA- ya bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər Lenti