Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 15 Dec 2023 21:46
Abşeron rayonu, Masazır-Novxanı yolunda qəza baş verib.
APA xəbər verir ki, hadisə duz gölünün kənarında qeydə alınıb.
İdarəetməni itirən "KIA" markalı nəqliyyat vasitəsi "VAZ 21099" markalı maşınla toqquşub.
Nəticədə üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.

Mənbə: apa.az