Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçildi

Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçildi

Tarix: 16 Nov 2023 22:35

Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tviter hesabında yazıb.

“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”.

Qeyd edək ki, Komitə üzvlüyünə 5 ölkənin- Azərbaycan, Rumıniya, Bolqarıstan, Rusiya və Ukraynanın namizədliyi verilib.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti