Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 16 Dec 2023 15:30
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku start götürüb.
“Qafqazinfo” xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzinin yarış zalında açılış mərasimi keçirilib.
Azərbaycan Kubokunda 100-ə yaxın idmançı iştirak edəcək.
Yarışı Azərbaycan Ağırlıqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov açıb. O, bir neçə gün əvvəl Qətər Qran-prisində Dadaş Dadaşbəylinin çıxışından danışıb.
Daha sonra Azərbaycan Kuboku açıq elan edilib.
İlk yarış günündə 3 çəkidə qaliblər bəlli olub.
Qadınlar 45 kq:
1-ci yer: Samirə Rzayeva 2-ci yer: Aydan Rzayeva
Qadınlar: 49 kq 1-ci yer: Nazilə İsmayılova 2-ci yer: Türkanə Qənbərzadə
Qadınlar 55 kq 1-ci yer: Selcan Qarayeva 2-ci yer: Gülcahan Əliyeva 3-cü yer: Lalə Əzizli
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.

Mənbə: qafqazinfo.az