Bakıda avtomobil kanala düşüb - FOTO

Bakıda avtomobil kanala düşüb - FOTO

Tarix: 17 Dec 2023 03:16

Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

APA xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və avtomobildə tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil kanala düşüb - FOTO
Bakıda avtomobil kanala düşüb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti