Bakıda avtomobilin vurduğu motosiklet sürücüsü komaya düşüb

Bakıda avtomobilin vurduğu motosiklet sürücüsü komaya düşüb

Tarix: 18 Dec 2023 02:13

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü Yaqubov Muhamməd Azər motosikletlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Daha sonra maşının sürücüsü ərazidən uzaqlaşıb.

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti