Quba və Qusara güclü qar yağıb, yollar buz bağlayıb - VİDEO

Quba və Qusara güclü qar yağıb, yollar buz bağlayıb - VİDEO

Tarix: 18 Dec 2023 12:10

Şimal bölgəsində güclü qar yağıb, temperatur mənfi 8.5 dərəcəyə qədər düşüb, bir sıra yollar buz bağlayıb.

APA-nın Şimal bürosu xəbər verir ki, ötən gecə ən çox yağıntı Quba rayonunun Bostankeş kəndinə düşüb, bura 13 sm qalınlığında qar yağıb.

https://t.me/apa_az/79504

Ən aşağı temperatur isə, Xınalıq kəndində mənfi 8.5 dərəcə qeydə alınıb. Hazırda da Quba və Qusar rayonlarında şaxtalı hava hökm sürür. Qubanın Xınalıq kəndinə 9, Qusarın Laza yaşayış məntəqəsinə isə 4 sm qar yağıb.

Quba-Xınalıq yolu gecə saatlarından buz bağlayıb. Yol qardan təmizlənib, qum-duz qarışığı səpilsə də, məcbur qalmadıqca bu yoldan istifadə etmək tövsiyyə edilmir. 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov APA-ya bildirib ki, axşama doğru yol yenidən buz bağlayacaq, gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti təhlükəlidir.

Xaçmaz, Şabran və Siyəzən rayonlarında gecə saatlarında sulu qar yağması müşahidə edilsə də, hazırda yağıntı yoxdur, hava nisbətən mülayimləşib.

Mənbə: apa.az

Xəbər Lenti