“Neftçi”nin “Qarabağ”ı təbrik etməməsində Qurbanovdan 
 - Reaksiya

“Neftçi”nin “Qarabağ”ı təbrik etməməsində Qurbanovdan - Reaksiya

Tarix: 18 Dec 2023 23:41

“Yəqin ki, rəhbərlik səviyyəsində təbrik ediblər. Burda böyük qəbahət görmürəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli məşqçi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandıqlarına görə digər klubların təbrik etdiyi halda, “Neftçi”nin onları tərbik etməməsi ilə bağlı suala cavab verib: “Düşünmürəm ki, nəsə ciddi bir şeydir. Bu gün də burada rəhbərliyi bizi təbrik etdi. Yəni böyüdüləsi bir şey yoxdur”.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti