Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 19 Dec 2023 09:20
Bakıda avtomobilin vurduğu piyada 21 gün sonra ölüb.
APA xəbər verir ki, noyabrın 27-də Xətai rayonu ərazisində Rüstəmov Vidadi Dəmir oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə piyada Məmmədov Səxavət Şahmar oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyada ötən gün ölüb. Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
Mənbə: apa.az