- Çərşənbə axşamı, 10 Dekabr, 2024
Tarix: 04.11.2024 11:48
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev park kompleksinin ərazisində baş tutan aksiyada FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları və Nazirliyin digər qrumlarının əməkdaşları iştirak ediblər. Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.