- Çərşənbə axşamı, 10 Dekabr, 2024
Tarix: 07.11.2024 11:39
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Avropa siyasi birliyi”nin 5-ci zirvə toplantısında iştirak edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kobaxidzenin iqtisadi təhlükəsizlik və kommunikasiya ilə bağlı panel müzakirəsində çıxışı planlaşdırılır. Qeyd olunub ki, Avropa Siyasi Birliyinin 5-ci sammitində müzakirə olunacaq əsas mövzu Avropada təhlükəsizlik çağırışlarıdır. Sammit, həmçinin miqrasiya və iqtisadi təhlükəsizlik, kommunikasiya, enerji və nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarətlə bağlı tematik müzakirələri əhatə edəcək.
İrakli Kobaxidzeni səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə müşayiət edəcək.