Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 19 Dec 2023 18:12
Şirvanda 8 yaşlı məktəblini avtomobil vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2015-ci il təvəllüdlü Adilə Əliyevanı məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az