Xətai rayonunda yaşayış binasında yanğın olub

Xətai rayonunda yaşayış binasında yanğın olub

Tarix: 19 Dec 2023 19:04

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti