Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 17 Nov 2023 12:04
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə yeni müşavir təyin olunub.
Bu barədə məlumatı ETSN-nin mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya təsdiqləyib.
Onun sözlərinə görə, bu vəzifə İlham Nəsirova həvalə edilib.
Qeyd edək ki, İ. Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
Mənbə: qafqazinfo.az