AFFA rəsmisi “Fənərbaxça”-“Reyncers” matçına təyinat alıb

Tarix: 25.02.2025 11:46

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Xəbər Lenti