Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Tarix: 19 Dec 2023 21:07

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 64 m² olan 3 otaqlı mənzilin yataq otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat verib.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti