Sərxoş halda 18 qəza törədilib, 5 nəfər ölüb

Sərxoş halda 18 qəza törədilib, 5 nəfər ölüb

Tarix: 17 Nov 2023 12:15

Bu ilin ilk 9 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən 18 hadisə baş verib.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, qəzalar nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Mənbə: apa.az

Xəbər Lenti