Cümə, 17 Oktyabr, 2025
Tarix: 12.06.2025 11:26
UEFA "6 saniyə" qaydasını yeniləyib.
Apasport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.
Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.
Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.
Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.