Cümə, 16 Yanvar, 2026
Tarix: 26 Jun 2025 11:48
Bərdədə qida zəhərlənməsi baş verib.
APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndinə qeydə alınıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 25-də saat 21:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2 nəfər (qadın cinsli) hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.