Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO - YENİLƏNİB

Tarix: 06.07.2025 11:49

Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.

2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.

***

saat 10.43

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti