Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq

Tarix: 14.07.2025 11:54

Ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək. Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunanların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə biləcək.

Xəbər Lenti