Cümə, 16 Yanvar, 2026
Tarix: 18 Jul 2025 11:56
Azərbaycana gətirilən internet modemlərlə bağlı dövlət standartı yoxdur.
“APA-Economics” xəbər verir ki, bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agenrliyinin əməkdaşı Rəşad Həsənov deyib. “Biz 5 Ghz modemlərin gətirilməsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 Ghz modemlər ölkəyə buraxılmasın”, - deyə o əlavə edib.