Gəncədə qəzada iki nəfər xəsarət alıb

Tarix: 23 Jul 2025 11:47

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. "Qazel" markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəzada 1972-cü il təvəllüdlü R.Qasımov və 1981-ci il təvəllüdlü H.Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər Lenti