Xocavəndin Yenikənd, Şuşanın Böyük Qaladərəsi və Xocalının Aşağı Yemişcan kəndlərində yanğın tam söndürülüb - VİDEO

Tarix: 27 Jul 2025 11:10

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər Lenti