Şənbə, 2 Avqust, 2025
Tarix: 01.08.2025 11:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Göynük, Palimet və Qax rayonu, Qaradolaq kəndləri istiqamətlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.