Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 20 Dec 2023 17:48
Dövlətə xəyanətdə ittiham edilən Tərlan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Tərlan Abbasovun 18 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi yanvarın 18-də davam etdirləcək. Təqsirləndirilən Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
Mənbə: apa.az